“Bu, nüvə zərbəsi kimidir” – Ukrayna hərbçisindən diqqətçəkən açıqlamabackend

“Bu, nüvə zərbəsi kimidir” – Ukrayna hərbçisindən diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələrinin istifadə etdiyi yüksək sürətli pilotsuz uçuş aparatlarının qəfil “Starlink” məhdudiyyətləri səbəbindən rabitə və naviqasiya problemləri ilə üzləşdiyi bildirilir.

Editor.az-ın Axar.az-a istinadən məlumatına görə, bu barədə “Politico” nəşri ukraynalı hərbçilərə istinadən xəbər yayıb.

Adı açıqlanmayan ukraynalı komandir yaranmış vəziyyətin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. O, baş verənləri nüvə zərbəsi ilə müqayisə edərək əməliyyatların dayandırıldığını və bunun hərbçilərin həyatı üçün təhlükə yaratdığını vurğulayıb.

Məlumata görə, 150 kilometr məsafədəki hədəflərə qarşı istifadə olunan “Hornet” pilotsuz uçuş aparatları “Starlink” peyk rabitəsi sistemindən ciddi şəkildə asılıdır. Rabitə məhdudiyyətlərinin bu dronların idarə olunmasına və naviqasiyasına təsir etdiyi qeyd edilir.

Bildirilib ki, gecə saatlarında sözügedən pilotsuz uçuş aparatlarının sürəti də kəskin azalaraq saatda 100 kilometrə düşüb. Məhdudiyyətlərin Ukrayna ordusunun əməliyyatlarına təsirinin miqyası ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.