Ərdoğan 2028-ci ildə sonuncu dəfə prezidentliyə namizəd olacaqbackend

Ərdoğan 2028-ci ildə sonuncu dəfə prezidentliyə namizəd olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə növbəti prezident seçkisinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə yenidən namizəd olacağı da açıqlanıb.

Editor.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum məlumat verib.

Onun sözlərinə görə, növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi məsələsi böyük ölçüdə dəqiqləşib.

Mehmet Uçum Ərdoğanın gələcək seçkidə sonuncu dəfə namizəd olacağını bildirib.

Qeyd edək ki, seçkinin dəqiq tarixi ilə bağlı rəsmi qərar barədə məlumat təqdim olunan xəbərdə yer almır.