Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcunu ödəmədiyinə görə 10 sutka müddətinə inzibati həbs edilib.
Editor.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə aliment öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı işə baxaraq Oqtay Əhmədovun inzibati qaydada həbs olunmasına qərar verib.

