Donald Tramp həbs olunacaq: Nə vaxt və niyə?backend

Donald Tramp həbs olunacaq: Nə vaxt və niyə?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq prezidenti Donald Trampın həbsi ilə bağlı qərarın martın 22-də verilməyəcək.

Editor.az bildirir ki, bu barədə “New York Times” qəzeti yazıb. Məqalədə qeyd edilir ki, hazırda konkret tarix bəlli deyil və araşdırmalar gizli şəkildə aparılır. Nəşr bildirir ki, Tramp cümə axşamına qədər ittiham olunmaya bilər.

Üstəlik, ittiham aktının özü də mübahisəlidir və 23 andlı iclasçının səs çoxluğunun səsini tələb edir.

Qeyd edək ki, 2023-cü il martın 10-da Nyu-York Dairə Prokurorluğu keçmiş prezidenti 2016-cı il prezidentlik kampaniyasının qızğın vaxtında porno aktrisa Stormi Danielsə edilən gizli ödənişlər üzrə ifadə verməyə çağırmışdı. Tramp özünün “Truth Socia” sosial şəbəkəsində 21 mart 2023-cü ildə həbs oluna biləcəyini açıqlamış və bu halda amerikalıları etiraza çağırmışdı.

//Samir Qurbanov,Editor.az