Elmar Vəliyev Kərəm Həsənovla birlikdə Hacıkəndi viran qoyub, satır – FOTObackend

Elmar Vəliyev Kərəm Həsənovla birlikdə Hacıkəndi viran qoyub, satır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin adamları Gəncənin Hacıkənd qəsəbəsində olan bəzi torpaq sahələrini satışa çıxarıb. Belə bir iddianı Cavad Xan Tarix Mədəniyyət Qoruğunun vitse-prezidenti Müzadil Həsənov öz facebook səhifəsində paylaşıb.

M.Həsənov bildirib ki, sabiq icra başçısı Hacıkənd qəsəbəsində olan bəzi əraziləri qeyri-qanuni yollarla müxtəlif adamların adına özəlləşdirib.

“Elmar Vəliyev vaxtı ilə Gəncədə geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkənd, 150-160 il yaşı olan bu qəsəbə bütün tarixi binaları ilə birlikdə ekskavatorun qabağına verilib dağıtdırdıldı. Sonra da bu yerləri qudası Kərəm Həsənovla birlikdə qeyri-qanuni yollarla özəlləşdirdi. İndi isə illərdir viran qalmış bu əraziləri artıq həyasızcasına satışa çıxarıblar. Düşünürəm ki, Gəncə şəhər İcra Hakimiyyəti ölkə rəhbərliyi qarşısında bu məsələni qaldırmalı və hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuzluqlar tam araşdırmalı, bu cinayət əməllərə hüquqi qiymət verilməlidir” – deyə Müzadil Həsənov bildirib.

//7news.az