Hindistanın məşhur aktyoru vəfat etdibackend

Hindistanın məşhur aktyoru vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın məşhur aktyoru Nana Patekar 75 yaşında həyatını itirib.

Editor.az “Axar.az”a istinadən xəbər verir ki, aktyorun vəfatı barədə “Manipal Hospital” xəstəxanası məlumat yayıb.

Məlumata görə, Nana Patekar Qoadakı evində köməkçisi tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Hadisədən sonra aktyor təcili olaraq xəstəxanaya çatdırılıb.

Həkimlər onun həyatını xilas etmək üçün təxminən 45 dəqiqə reanimasiya tədbirləri həyata keçiriblər. Lakin bütün müdaxilələrə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata əsasən, Patekarın ölümünə ürək tutmasının səbəb olduğu bildirilir. Ölümün dəqiq səbəbi ilə bağlı əlavə məlumatın açıqlanması gözlənilir.

Nana Patekar uzun illər ərzində Hindistan kinosunda fəaliyyət göstərib və bir sıra məşhur ekran əsərlərində əsas rolları canlandırıb. Onun çəkildiyi filmlər arasında “Yol yoldaşları”, “Xoş gəlmisiniz” və “Krantivir” kimi ekran əsərləri yer alır.

Aktyorun vəfatı Hindistan kino ictimaiyyətində böyük kədər yaradıb. Ölkənin Baş naziri Narendra Modi də Nana Patekarın ölümü ilə bağlı başsağlığı verib.