Suriyadan gətirilən 13 vətəndaşın reabilitasiya prosesi başladı – FOTOLARbackend

Suriyadan gətirilən 13 vətəndaşın reabilitasiya prosesi başladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadan Azərbaycana daha 13 vətəndaş gətirilib.

Editor.az xəbər verir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi repatriasiya tədbirləri çərçivəsində Suriyadan ölkəyə gətirilən 13 vətəndaş Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Ölkəyə qaytarılan şəxslər arasında 6 qadın və 7 uşaq var.

Sosial xidmət müəssisəsində repatriantların ilkin tibbi müayinəsi aparılıb. Həmçinin onların sosial və psixoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə lazımi dəstək tədbirləri həyata keçirilib.

Hazırda vətəndaşların sosial reabilitasiyasının təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir.

Reabilitasiya prosesi başa çatdıqdan sonra repatriantların ailələrinin və yaxınlarının yanına yola salınacağı bildirilib.

Qeyd edək ki, son illər ərzində Suriyadan və digər ərazilərdən Azərbaycana repatriasiya edilən 630-dan çox vətəndaş Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya xidmətlərindən yararlanıb.

Hazırda isə 85 repatriantın sosial reabilitasiyası ilə bağlı tədbirlər davam etdirilir.