Krista Paykın uğursuz edam cəhdindən sonra ilk edam Teksasda həyata keçirildibackend

Krista Paykın uğursuz edam cəhdindən sonra ilk edam Teksasda həyata keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da bu ilin ilk edamı Texasda həyata keçirilib.

Editor.az Euronews-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında 46 yaşlı Jamaal Howard barəsində çıxarılmış ölüm hökmü icra olunub. Bununla da ştatda cari il ərzində həyata keçirilən edamların sayı yeddiyə yüksəlib.

Howard Huntsville şəhərindəki əyalət həbsxanasında ölümcül dozada pentobarbital preparatı yeridilərək edam edilib. Onun ölümünün saat 20:03-də qeydə alındığı açıqlanıb.

Jamaal Howard 2000-ci ildə Texasın Silsbee şəhərində marketə silahlı basqın cəhdi zamanı 42 yaşlı kassir Vickie Swartout-u güllələyərək öldürməkdə təqsirli bilinmişdi.

İnfaz zamanı dərmanın təsiri başladıqdan sonra Howardın nəfəs almaqda çətinlik çəkdiyi, bir neçə dəfə dərindən nəfəs aldığı və daha sonra öskürməyə bənzər səslər çıxardığı bildirilib. Təxminən 30 saniyədən sonra onun hərəkətləri dayanıb. Ölümü 19 dəqiqə sonra rəsmən təsdiqlənib.

Edamdan əvvəl Howard qətlə yetirdiyi şəxsin ailəsinə müraciət edərək törətdiyi əmələ görə peşman olduğunu bildirib və bağışlanmasını istəyib.

O, həmçinin mənəvi baxımdan özünü yaxşı hiss etdiyini, həyatın qədrini bilməyin vacibliyini vurğulayıb və insanlara sülh arzuladığını deyib.

Vəkillər edamın dayandırılmasını istəyib

Howardın vəkilləri son ana qədər ölüm hökmünün icrasının qarşısını almağa çalışıblar. Müdafiə tərəfi Texasda istifadə olunan edam preparatlarının keyfiyyəti ilə bağlı suallar qaldırıb.

Bundan başqa, vəkillər Howardın zehni çatışmazlığının olduğunu əsas gətirərək onun edam edilməməsi üçün ABŞ Ali Məhkəməsinə müraciət ediblər.

Texas Cinayət Apellyasiya Məhkəməsi hər iki müraciəti əsaslandırma təqdim etmədən rədd edib. ABŞ Ali Məhkəməsi də çərşənbə günü gecə saatlarında müdaxilə etməmək qərarı verib. Bununla da edamın qarşısındakı hüquqi maneələr aradan qalxıb.

ABŞ Ali Məhkəməsinin qərarlarına əsasən, zehni çatışmazlığı olan şəxslərin edamına yol verilmir. Bununla belə, belə vəziyyətin müəyyənləşdirilməsi məsələsində ştatlara müəyyən səlahiyyət verilib. Texas hakimiyyəti isə Howardın müdafiəçilərinin onun bu kateqoriyaya aid olduğunu sübut edən kifayət qədər dəlil təqdim etmədiyini bildirib.

Ölüm hökmünün ləğvi istiqamətində fəaliyyət göstərən Texas Ölüm Cəzasının Ləğvi Koalisiyası da qubernator Greg Abbott-a müraciət edərək edamın təxirə salınmasını istəyib.

Təşkilat bunun vəkillərə Texas Cinayət Ədliyyəsi Departamentindən istifadə olunan preparatla bağlı vacib sənədləri əldə etməyə imkan verəcəyini bildirib. Söhbət dərmanın nə vaxt alındığı, hansı şəraitdə saxlanıldığı və onunla bağlı hansı testlərin aparıldığını göstərən qeydlərdən gedib.

Howardın edamı ilə Texasda 2026-cı ildə ölüm hökmü icra edilən şəxslərin sayı 7-yə çatıb. Ştatda 2025 və 2024-cü illərin hər birində isə beş nəfər edam edilib.

Bundan başqa, ölüm hökmü gözləyən John Rubio və Reinaldo Dennesin də edamlarının noyabr ayında həyata keçirilməsi planlaşdırılır.

\\ Aydan Bünyatova, Editor.az