İstanbulda qorxulu anlar: Yaşayış binası çökdü, sakinlər dağıntılar altında qaldıbackend

İstanbulda qorxulu anlar: Yaşayış binası çökdü, sakinlər dağıntılar altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda 7 mərtəbəli yaşayış binası çöküb.

Editor.az Trt Haber-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Maltepe rayonunda baş verib. 1987-ci ildə inşa olunan 7 mərtəbəli yaşayış binasının qəfil çökməsi nəticəsində sakinlər dağıntılar altında qalıb.

Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım briqadaları cəlb olunub. Dağıntılar altında qalan şəxslərin müəyyənləşdirilməsi və xilas edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Məlumata görə, binada ümumilikdə 33 nəfər yaşayırmış.

İstanbul valisi Davud Gül bildirib ki, ilkin mərhələdə dağıntılar altında qalan 7 nəfərdən 4-ü ilə əlaqə yaratmaq mümkün olub.

Son məlumatlara əsasən isə dağıntılar altında qalan şəxslərdən 6 nəfər xilas edilib. Daha əvvəl isə 3 nəfərin dağıntılar arasından sağ çıxarıldığı açıqlanmışdı.

Hazırda xilasedicilər dağıntılar altında başqa şəxslərin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış işlərini davam etdirirlər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Binanın çökməsinin səbəbləri ilə bağlı araşdırma aparılır.