Kreml Medvedçuk və Azarovdan üz döndərir? – Ukrayna üçün yeni fiqur önə çıxırbackend

Kreml Medvedçuk və Azarovdan üz döndərir? – Ukrayna üçün yeni fiqur önə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin uzun müddət Ukrayna istiqamətində istinad etdiyi Viktor Medvedçuk, Nikolay Azarov və Sergey Kurçenko kimi fiqurların mövqelərinin tədricən zəiflədiyi, onların yerini isə yeni şəxslərin tutmağa başladığı iddia olunur.

Mənbələr Rusiyada məskunlaşmış Ukraynanın keçmiş siyasi və biznes elitasının bir sıra nümayəndələrinin əvvəlki təsir imkanlarını itirdiyini bildirirlər.

Söhbət ilk növbədə Viktor Medvedçuk, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, biznesmen Sergey Kurçenko və köhnə Ukrayna siyasi sisteminə bağlı digər şəxslərdən gedir.

Mənbələrin iddiasına görə, baş verən dəyişikliklər xüsusilə Kurçenkonun mövqelərinə ciddi zərbə vurub. Onun Rusiya Prezident Administrasiyası və FTX-də əvvəllər malik olduğu dəstəyi artıq itirdiyi və həmin səviyyəyə geri qayıtmasının gözlənilmədiyi bildirilir.

İndiyədək Kurçenko və digər köhnə fiqurlar üzərindən idarə edilən bəzi layihələrin, əlaqələrin və maliyyə axınlarının yeni şəxslərin nəzarətinə verilməyə başladığı iddia olunur.

Bu prosesdə adı önə çıxan şəxslərdən biri Ukrayna vətəndaşı Valeri Tsvekdir.

Tsvekin adı son vaxtlar Rusiya şou-biznesində də gündəmə gəlib. O, model Anastasiya Reşetovanın gələcək övladının atası kimi mediada hallanıb.

Lakin mənbələr Tsvekin fəaliyyətinin bundan daha geniş olduğunu iddia edirlər.

Məlumata görə, əvvəllər Medvedçuk, Azarov, Kurçenko və digər şəxslər arasında bölüşdürülmüş bəzi layihələr, əlaqələr və maliyyə axınları indi yeni bir operator ətrafında cəmləşdirilir və Tsvekin də həmin mərkəzlə əlaqəsi var.

Mənbələr hesab edirlər ki, bu resursların konsentrasiyası gələcəkdə Kremlin Ukrayna ilə bağlı bir sıra layihələrinin maliyyələşdirilməsi üçün istifadə oluna bilər.

Başqa sözlə, Tsvek köhnə sistemin nümayəndələrinin boşaltdığı sahədə özünə yer tutmağa çalışır. Söhbət təkcə siyasi əlaqələrdən deyil, həm də böyük maliyyə resurslarına çıxış imkanlarından gedir.

İddiaya görə, bu istiqamətdə məsləhətləşmələr Rusiya FTX-nin Beşinci Xidməti, eləcə də Prezident Administrasiyasının Tatyana Matveyevanın rəhbərlik etdiyi informasiya-kommunikasiya texnologiyalarının və rabitə infrastrukturunun inkişafı idarəsi xətti ilə aparılır.

Mənbələr Tsvekin adı ətrafında son dövrdə ortaya çıxan qalmaqalların da təsadüfi olmadığını iddia edirlər. Ruys analitiklər bunu Kurçenko və onun ətrafının mövqelərinin zəifləməsinə “müdafiə reaksiyası” kimi təqdim edir.

Materialda buna misal olaraq Fransanın Kurşavel kurortunda baş vermiş qarşıdurma göstərilir.

Mənbələrin versiyasına görə, Tsvek yanvar ayında Kurşaveldə ətrafındakı şəxslərlə birlikdə Yakov Xaçanyanın adamları ilə ciddi qarşıdurma yaşayıb. Sonradan məsələyə Çeçenistandan Dövlət Dumasının deputatı Adam Delimxanovun müdaxilə etdiyi və onun vasitəçiliyindən sonra tərəflərin barışdığı iddia olunur.

Mənbə qeyd edir ki, son vaxtlar Tsvek və Xaçanyanı müxtəlif yerlərdə birlikdə görmək mümkündür.

Ru mənbələr bütün bunları Kremlin Ukrayna istiqamətində işlədiyi köhnə fiqurların tədricən arxa plana keçirilməsi və onların yerində yeni əlaqələr, maliyyə axınları və təsir mexanizmlərinin formalaşdırılması prosesinin bir hissəsi kimi təqdim edir.

Musavat.com