Türkiyə səmasında bomba həyəcanı – 136 sərnişin təxliyə edildibackend

Türkiyə səmasında bomba həyəcanı – 136 sərnişin təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ankara–Şanlıurfa reysini həyata keçirən sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

AJet aviaşirkətinin VF4180 saylı reysi oktyabrın 5-də saat 19:00-da Ankara Esenboğa Hava Limanından Şanlıurfaya yola düşüb.

Uçuş zamanı təyyarədə partlayıcı maddənin olması barədə şübhəli yazılı qeyd aşkarlanıb. Məlumat dərhal kabin heyətinə və kapitan pilota çatdırılıb, bundan sonra təhlükəsizlik prosedurları işə salınıb.

Təyyarə saat 20:05-də Şanlıurfa GAP Hava Limanına təhlükəsiz eniş edib. Göyərtədə olan 136 sərnişin təxliyə edilərək təhlükəsiz əraziyə aparılıb.

Təyyarə xüsusi təhlükəsizlik zonasına çəkilib. Bomba mütəxəssisləri və xüsusi təlim keçmiş itlərin iştirakı ilə təyyarənin salonu, yük hissəsi və sərnişinlərin baqajları ətraflı yoxlanılıb.

Türkiyə mənbələrinin yaydığı son məlumata görə, aparılan axtarışlar zamanı heç bir partlayıcı maddə və ya şübhəli qurğu aşkarlanmayıb. Bomba xəbərdarlığının əsassız olduğu müəyyən edilib.

Hadisədən sonra bütün sərnişinlərdən əl yazısı nümunələri götürülüb. Təhlükəsizlik qüvvələri təyyarədə şübhəli qeydi kimin yazdığını müəyyənləşdirmək istiqamətində araşdırmanı davam etdirir.

Musavat.com