Rusiya Müdafiə Nazirliyini məlumat yaydıbackend

Rusiya Müdafiə Nazirliyini məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri onlara tapşırılan döyüş tapşırıqlarını bu gün yerinə yetirib.

Editor.az TASS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib.

“Gün ərzində RF Silahlı Qüvvələrinin qoşun qruplarına verilən bütün tapşırıqlar uğurla yerinə yetirilib”, – Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələrinin endirdiyi zərbələr nəticəsində Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyekti sıradan çıxıb, iki Su-27, iki Su-24, bir helikopter və dörd Bayraktar TB-2 pilotsuz uçuş aparatı məhv edilib

O, həmçinin bildirib ki, “xüsusi hərbi əməliyyat” davam edir və “LDNR” silahlıları 6-8 km dərinlikdə irəliləyib.

Bundan əlavə, Konaşenkovun sözlərinə görə, reyd dəstələrinin və hava-desant hücumunun köməyi ilə ruslar öz qoşunlarının Xerson şəhərinə çıxışını təmin etdilər ki, bu da Şimali Krım kanalının blokunu açmağa və Krım yarımadasına su təchizatını bərpa etməyə imkan verdi.

//Gülnarə Abasova, Editor.az