Sumqayıtda klinikanın zirzəmisində meyit tapıldıbackend

Sumqayıtda klinikanın zirzəmisində meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda naməlum kişi meyiti tapılıb.

Bu gün axşam saatlarında Sumqayıt şəhərində fəaliyyət göstərən “Hippokrat” tibb klinikasının zirzəmisində çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

//apa.az