“AI Career Navigator” proqramı çərçivəsində 200-dən çox gənc üçün təlim və seminarlar təşkil olunub – FOTObackend

“AI Career Navigator” proqramı çərçivəsində 200-dən çox gənc üçün təlim və seminarlar təşkil olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.

Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən həyata keçirilən “AI Career Navigator” proqramı gənclərin süni intellekt texnologiyalarının karyera və iş dünyasında tətbiqi barədə məlumatlılığının artırılmasına və rəqəmsal bacarıqlarının inkişafına yönəlib.

Əsas məqsədi gənclərə süni intellekt alətlərindən səmərəli istifadə bacarıqları qazandırmaq, onların dəyişən əmək bazarının tələblərinə uyğunlaşmalarına və yeni karyera imkanlarını dəyərləndirmələrinə dəstək olan proqram çərçivəsində indiyədək 200-dən çox gəncin iştirakı ilə təlimlər, görüşlər və seminarlar təşkil olunub. Tədbirlərdə süni intellektin əmək bazarına təsiri, peşəkar inkişafda rolu, gündəlik iş proseslərində tətbiqi və karyera planlaşdırılmasında istifadəsi müzakirə edilib. Bundan əlavə olaraq, proqramda süni intellekt vasitəsilə məlumatların təhlili, tapşırıqların daha effektiv yerinə yetirilməsi, ideyaların formalaşdırılması və iş proseslərinin optimallaşdırılması kimi mövzulara diqqət yetirilir.

2025-ci ildən etibarən start götürən “AI Career Navigator” proqramı hazırda da gəncləri sahəsinin peşəkarı olan şəxslərlə bir araya gətirməklə, maarifləndirmə, fikir mübadiləsi və şəbəkələşməyə imkan yaratmağa davam edir.