Azərbaycan və İran yeraltı enerji ehtiyatları anbarlarının birgə yaradılması imkanını nəzərdən keçirəcəklər. Layihə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıya bilər.
Editor.az TASS-a istinadən xəbər verir ki, bunu İranın neft nazirinin müavini Səid Təvəkkoli Rusiya Enerji Həftəsində çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə birgə istifadə üçün nəzərdə tutulan yeraltı enerji anbarlarının yaradılması məsələsi müzakirə olunacaq.
Təvəkkoli bildirib ki, hazırda belə bir layihənin həyata keçirilməsi ehtimalı üzərində iş aparılması planlaşdırılır.
Qeyd edək ki, açıqlama layihənin reallaşdırılması ilə bağlı konkret qərarın verildiyini deyil, tərəflərin bu imkanı nəzərdən keçirməyi planlaşdırdığını göstərir.

