Dünya çempionatında Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxırbackend

Dünya çempionatında Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin 4 üzvü bu gün mübarizəyə başlayacaq.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, qadınların 63 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Anna Zaytseva yarışa 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) qarşılaşmasının qalibi olacaq.

Kişilər arasında isə 81 kiloqram çəki dərəcəsində Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq.

Vüsal Qələndərzadə mundialda təsnifat mərhələsində mübarizə aparacaq. Onun ilk rəqibi bolqarıstanlı Hristo Valkov olacaq.

Zelim Tçkayev isə 1/16 final mərhələsində Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) görüşünün qalibi ilə üz-üzə gələcək.

Digər 81 kiloqramlıq cüdoçumuz Ömər Rəcəbli də yarışa 1/16 finaldan başlayacaq. O, Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının dünya çempionatında artıq iki medalı var. Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. Rəşid Məmmədəliyev isə 73 kiloqramda bürünc medala sahib olub.

Bakıda keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.