Ombudsmanın maaşı dəyişdi – yeni məbləğ açıqlandıbackend

Ombudsmanın maaşı dəyişdi – yeni məbləğ açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklikləri təsdiqləyib.

Editor.az xəbər verir ki, bununla bağlı sənəd Azərbaycan Prezidentinin rəsmi internet saytında yayımlanıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aylıq vəzifə maaşı 12 min manat müəyyənləşdirilib.

Yeni tənzimləməyə əsasən, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə vəsaitin ödənilməsi nəzərdə tutan müddəa ləğv edilib.

Qanunda həmçinin qeyd olunur ki, yeni Konstitusiya Qanunu qüvvəyə minənədək ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşının tərkibinə daxil ediləcək.

Dəyişikliklərlə bağlı Konstitusiya Qanununun müddəaları 2026-cı il yanvarın 1-dən tətbiq olunacaq.