Türkiyə Səudiyyə Ərəbistanına qırıcılar və xüsusi təyinatlılar göndərə bilər — İNANILMAZ PLANbackend

Türkiyə Səudiyyə Ərəbistanına qırıcılar və xüsusi təyinatlılar göndərə bilər — İNANILMAZ PLAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə husilərlə qarşıdurmada Səudiyyə Ərəbistanı qüvvələrinə dəstək olmaq üçün bu ölkəyə bir neçə hərbi yardım paketi göndərməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) nəşri bir neçə türkiyəli rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, birinci mərhələdə Türkiyə Səudiyyə Ərəbistanına hərbi avadanlıq, texniki mütəxəssislər və fövqəladə reaksiya qrupları göndərmək niyyətindədir. Əgər Türkiyə Böyük Millət Məclisi (TBMM) müvafiq qərarı təsdiqləyərsə, Ankara hava hücumundan müdafiəni gücləndirmək üçün Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri (pilotlarla birlikdə) və quru qoşunlarının xüsusi təyinatlı (speznas) dəstələrini də bölgəyə ezam edə bilər.

Türkiyə hərbçilərinin “Şərq — Qərb” neft kəmərinin qərb hissəsinin, paytaxt Ər-Riyadın, həmçinin müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərinin təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyi gözlənilir.

Nəşrin Səudiyyə Ərəbistanındakı mənbələrinin verdiyi məlumata görə, Türkiyənin döyüş bölmələri Səudiyyə və Pakistan qüvvələri ilə birgə koordinasiya bazasından fəaliyyət göstərəcək. Türkiyə komandanlığı isə ayrı bir bazada yerləşdiriləcək.