Rumıniya prezidenti Nikuşor Dan ölkədə uzun müddətdir davam edən siyasi böhrana son qoymaq məqsədilə diplomat və keçmiş jurnalist Luka Nikuleskunu baş nazir vəzifəsinə namizəd göstərib.
Editor.az xəbər verir ki, bu prezidentin hökumət yaratmaq üçün etdiyi dördüncü cəhd kimi qiymətləndirilir. Ölkədə siyasi böhran əvvəlki hökumətin parlamentdə etimadsızlıq səsverməsi nəticəsində istefaya göndərilməsindən sonra daha da dərinləşib.
Nikulesku parlament çoxluğunun formalaşdırılmasını, iqtisadi sabitliyin təmin edilməsini və dövlət xərclərinin daha məsuliyyətli idarə olunmasını əsas prioritetlər kimi göstərib.
Müxalifət daxilində isə yeni hökumətin iqtisadi siyasəti ilə bağlı fikir ayrılıqları qalır. Siyasi dalan davam edərsə, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da gündəmdədir.
//Samir Qurbanov, Editor.az

