“Avroviziya-2027”yə daha bir ölkədən yox cavabıbackend

“Avroviziya-2027”yə daha bir ölkədən yox cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq “Avroviziya-2027” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.

Editor.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın ictimai yayımçısı “Çeska televize” (CT) məlumat yayıb.

Yayımçının açıqlamasında bildirilib ki, müsabiqədə iştirakdan imtinanın əsas səbəbi maliyyə çətinlikləridir. Qurum daha əvvəl 2027-ci il üçün büdcə xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasının planlaşdırıldığını açıqlamışdı.

Beləliklə, Çexiya gələn il keçiriləcək “Avroviziya”da iştirak etməyəcək ölkələr sırasına qoşulub.

Qeyd edək ki, sentyabr ayında İrlandiyanın RTÉ tele-radio şirkəti də 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcəyini və yarışmanı yayımlamayacağını açıqlayıb. İrlandiyanın qərarının İsrailin Qəzza zolağındakı fəaliyyətlərinə etirazla bağlı olduğu bildirilib.

Avqust ayında isə Niderlandın “AVROTROS” tele-radio şirkəti də 2027-ci il “Avroviziya”sında iştirak etməyəcəyini açıqlamışdı.