Litvanın nüvə siyasəti Moskvanı narahat etdi: Kreml eskalasiya xəbərdarlığı verdibackend

Litvanın nüvə siyasəti Moskvanı narahat etdi: Kreml eskalasiya xəbərdarlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva parlamentinin ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın aradan qaldırılması istiqamətində

ilkin səsvermə keçirməsi Rusiya tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Editor.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması və qonşu ölkədə nüvə silahlarının yerləşdirilməsi Avropada təhlükəsizliyə mənfi təsir göstərə bilər.

Litva NATO və Avropa İttifaqının üzvüdür və Rusiya ilə yanaşı Belarusla da sərhədə malikdir. Ölkədə 2019-cu ildən etibarən təxminən 1 000 nəfərlik ABŞ zirehli hərbi kontingenti rotasiya əsasında fəaliyyət göstərir.
Qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi üçün parlamentdə daha bir səsvermə və tələb olunan səs çoxluğu lazımdır.

//Samir Qurbanov, Editor.az