Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ölkənin strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı ətrafında husilərin nəzarətində olan əraziləri geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayıb.
Bab əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və dünya ticarəti üçün mühüm əhəmiyyət daşıyan dəniz marşrutudur.
Münaqişənin genişlənməsi ABŞ-İran münasibətlərindəki gərginlik və regiondakı digər hərbi qarşıdurmalar fonunda baş verir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin əməliyyatları bölgədə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları da artırıb.
Reuters-in məlumatına görə, Yəməndəki vəziyyət Qırmızı dəniz və Bab əl-Məndəb istiqamətində beynəlxalq dəniz daşımaları üçün əsas risklərdən biri olaraq qalır.
//Samir Qurbanov, Editor.az

