Bu rayonlarda su kəsiləcək – Sakinlərə xəbərdarlıqbackend

Bu rayonlarda su kəsiləcək – Sakinlərə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Magistral su xəttində aparılacaq təmir və bərpa işləri ilə əlaqədar Bakının bir sıra rayonlarında içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-yə istinadən məlumat verilib.

Bildirilib ki, su təminatında yaranacaq fasilə Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin sakinlərinə təsir edəcək.

Qurumun məlumatına görə, təmir-bərpa işlərinin başa çatdırılmasından sonra içməli suyun verilişinin sabah səhər saatlarınadək mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur.

“İri Şəhərlərin Su Təchizatı” QSC yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.