Moskva Əfqanıstanın gələcəyi ilə bağlı yüksək səviyyəli diplomatik görüşə ev sahibliyi edib. Danışıqlarda Taliban nümayəndə heyəti ilə yanaşı Çin, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələrinin təmsilçiləri iştirak edib.
Editor.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın xarici işlər naziri Əmir Xan Müttəqini qəbul edib. Moskva Talibanın İŞİD və narkotik qaçaqmalçılığı ilə mübarizədəki fəaliyyətini müsbət qiymətləndirib və ölkə ilə hərbi-texniki əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş zamanı Əfqanıstan-Pakistan münasibətlərindəki gərginlik də diqqət mərkəzində olub. Tərəflər qarşılıqlı şəkildə sərhədyanı hücumlarda ittihamlar səsləndirirlər.
Rusiya tərəfi Əfqanıstanla Pakistan arasında vasitəçilik etməyə hazır olduğunu da bildirib.
//Samir Qurbanov, Editor.az

