Almaniya kansleri Fridrix Merts Kiyevə səfəri zamanı Ukraynaya 1,3 milyard avrodan çox yeni yardım ayrılacağını açıqlayıb.
Paketin təxminən 1 milyard avroluq hissəsi hərbi yardıma, o cümlədən uzaqmənzilli silahlara, döyüş dronlarına və peyk texnologiyalarına yönəldiləcək.
Daha 350 milyon avronun isə Ukraynanın enerji infrastrukturunun bərpasına sərf olunması nəzərdə tutulur.
Merts və Ukrayna prezidenti Volodimir Zelenski müdafiə və silah istehsalı sahəsində əməkdaşlıqla bağlı bir sıra sazişlər də imzalayıblar.
Almaniya hökuməti Ukraynanın qarşıdan gələn qışda enerji təhlükəsizliyi ilə bağlı vəziyyətini xüsusilə ciddi məsələ hesab edir.
//Samir Qurbanov, Editor.az

