Litva milli futbol komandasının baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb.
Editor.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb.
51 yaşlı mütəxəssislə əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Qərar federasiya rəhbərliyi ilə Yankauskas arasında keçirilən görüşdən sonra qəbul olunub.
Yankauskasın Litva millisinin baş məşqçisi kimi son qarşılaşması Azərbaycan yığmasına qarşı olub. UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən görüşdə Azərbaycan millisi rəqibini 1:0 hesabı ilə məğlub edib.
Edqaras Yankauskas 2023-cü ilin yanvarından Litva milli komandasına rəhbərlik edirdi.
Mütəxəssisin bundan sonra karyerasını harada davam etdirəcəyi ilə bağlı hələlik məlumat verilməyib.

