Azərbaycanın tanınmış cüdoçusu Hidayət Heydərov Bakıda təşkil olunan dünya çempionatında mübarizəyə qələbə ilə başlayıb.
Editor.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşünü 1/32 final mərhələsində keçirib.
Hidayət Heydərov bu mərhələdə Kosovo təmsilçisi Akil Qyakova ilə üz-üzə gəlib.
Görüşdə rəqibinə qalib gələn Azərbaycan cüdoçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Beləliklə, Hidayət Heydərov turnirin 1/16 final mərhələsində mübarizəsini davam etdirəcək.

