Tramp: “Los-Anceles və San-Dieqonu məhv edə bilərlər”backend

Tramp: “Los-Anceles və San-Dieqonu məhv edə bilərlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda Los-Anceles və San-Dieqo şəhərlərinin məhv edilə biləcəyini bildirib.

Editor.az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Nebraska ştatında keçirilən mitinqdə çıxışı zamanı danışıb.

ABŞ Prezidenti müharibənin böyük qələbə ilə başa çatmasını istədiyini deyib. O, bunun indiyədək görülən işlərin düzgünlüyünü təsdiqləyəcəyini bildirib.

“Böyük qələbə görmək istəyirəm. Çünki bu, gördüyümüz bütün işləri təsdiqləyəcək. Yenə də xatırlayın ki, müharibə ilə bağlı vəziyyət süni xarakter daşıyır. Qiymətlər bir qədər yüksəkdir. Bu, dünyanı və ölkəmizi təhlükəsiz saxlamaq üçün ödəniləcək kiçik qiymətdir”, – Tramp deyib.

ABŞ Prezidenti daha sonra Los-Anceles və San-Dieqo ilə bağlı diqqətçəkən açıqlama verib.

“Onlar bir şəhəri məhv edə bilərlər, qoy Los-Ancelesi məhv etsinlər, qoy San-Dieqonu məhv etsinlər. Bu, ödəməyə dəyər çox kiçik qiymətdir və bütün bunlar çox tezliklə başa çatacaq”, – Tramp bildirib.

O əlavə edib ki, müharibə hər halda yaxın zamanda sona çatacaq. Bununla belə, Tramp sözügedən açıqlamalarının konkret olaraq nəyi nəzərdə tutduğunu izah etməyib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İran ərazisinə genişmiqyaslı zərbələri yenidən bərpa edib. Vaşinqton Tehranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.

Hörmüz boğazından dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz ticarətinin isə təxminən 20 faizi həyata keçirilir.

Bundan sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi gücdən istifadənin faktiki olaraq dayandırılmasına və ölkəyə qarşı sanksiyalar vasitəsilə iqtisadi təzyiqin artırılmasına keçid siqnalları verib.

\\ Aydan Bünyatova, Editor.az