Bolqarıstan sahillərində dron hücumu: Hökumət təcili toplantı keçirirbackend

Bolqarıstan sahillərində dron hücumu: Hökumət təcili toplantı keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizin Bolqarıstan sahillərində iki kommersiya gəmisinin dron hücumuna məruz qaldığı bildirilir. Hadisə nəticəsində gəmilərdən biri batıb, onun ekipaj üzvləri isə itkin düşüb.

Editor.az Euronews-a istinadən xəbər verir ki, Bolqarıstan hökumətinin məlumatına görə, Baş nazir Rumen Radev çərşənbə axşamı yerli vaxtla saat 11:15-də (Bakı vaxtı ilə 12:15) baş verən hadisə ilə bağlı açıqlama verəcək.

Açıqlama Qara dənizdə iki kommersiya gəmisinə zərbə endirilməsi ilə bağlı keçiriləcək fövqəladə toplantı çərçivəsində səsləndiriləcək.

Batmış gəminin ekipaj üzvlərinin hazırda itkin olduğu bildirilir. Digər gəminin heyəti isə xilas edilib.

Bolqarıstanın BNR ictimai yayım şirkətinin xilasetmə əməliyyatlarının rəhbəri Rumen Nikolovun sözlərinə görə, ikinci gəmidə olan şəxslər təhlükəsiz şəkildə təxliyə olunub.

Maritime.bg saytının məlumatına əsasən, hadisəyə məruz qalan gəmilər Togo bayrağı altında üzən Alfa Watan və Palau bayrağı altında üzən Able olub.

Məlumata görə, Alfa Watan batıb. Able gəmisində isə yanğın baş verdikdən sonra 18 ekipaj üzvü gəmini tərk edib. Onlar Bolqarıstana məxsus Dioscuria bərəsinə götürülüblər. Xilas edilənlər arasında xəsarət alanların da olduğu bildirilir.

Hazırda gəmilərə hücum edən dronların mənşəyi müəyyən edilməyib.

Hadisə bundan cəmi bir gün sonra Qara dənizdə taxıl daşıyan Türkiyəyə məxsus yük gəmisinə dron hücumunun qeydə alınmasından sonra baş verib. Həmin gəmi də hücumdan sonra baş verən yanğın nəticəsində batıb.

Bolqarıstan hakimiyyəti hadisə ilə bağlı araşdırma aparır. Gəmilərin ekipaj üzvlərinin axtarışları davam etdirilir.

Hadisənin təfərrüatları və dronların mənşəyi ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

\\ Aydan Bünyatova, Editor.az