Tramp açıqladı: İran təhdidinə görə ABŞ bombardmançıları bazadan çıxarıldıbackend

Tramp açıqladı: İran təhdidinə görə ABŞ bombardmançıları bazadan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp İranla əlaqəli təhdid səbəbindən Britaniyadakı aviabazadan B-1 bombardmançı təyyarələrinin çıxarıldığını açıqlayıb.

Editor.az Reuters-ə istinadən xəbər verir ki, Tramp, bazaya yaxın ərazidə saxlanılan təyyarələrin təhlükəsizlik səbəbindən başqa yerə köçürülməsinin məqsədəuyğun hesab edildiyini bildirib.

“Bir təhdidin ola biləcəyi barədə məlumatımız var idi. Onları orada niyə saxlamalıydım? Onları köçürmək çox az xərc tələb edir”, – Tramp jurnalistlərə deyib.

ABŞ lideri təhdidin İranla əlaqəli olub-olmadığı barədə suala “İranla əlaqəli olacaqlar” cavabını verib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens də bombardmançıların ehtiyat tədbiri olaraq bazadan çıxarıldığını bildirib. Onun sözlərinə görə, İranın ABŞ-a və digər ölkələrə qarşı terror fəaliyyətləri həyata keçirməyə çalışdığına dair narahatlıq var.

Lakin ABŞ dövlət katibi Marko Rubio bombardmançıların çıxarılması ilə İranın ehtimal edilən planı arasında birbaşa əlaqənin olmadığını söyləyib. O bildirib ki, Pentaqon resursları ehtiyacdan asılı olaraq daim yenidən bölüşdürür.

NATO-nun hərbi mənbəsi isə İranın Böyük Britaniyadakı ABŞ obyektləri üçün ciddi təhlükə yaratmaqda davam etdiyini qeyd edib.

İran isə hər hansı plana cəlb olunması ilə bağlı ittihamları rədd edib.

Qeyd edək ki, RAF Fairford ABŞ-ın Avropadakı ağır bombardmançı təyyarələr üçün əsas bazalarından biridir.

\\ Aydan Bünyatova, Editor.az