Azərbaycan neftinin qiyməti 124 dolları keçdibackend

Azərbaycan neftinin qiyməti 124 dolları keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti bahalaşıb.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 0,6 ABŞ dolları və ya 0,48 faiz artaraq 124,61 ABŞ dollarına çatıb.

Qeyd edək ki, “Azeri Light” markalı neftin indiyədək qeydə alınan ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları təşkil edib. Neftin maksimum qiyməti isə 2008-ci ilin iyulunda qeydə alınıb və həmin vaxt bir barel 149,66 ABŞ dollarına satılıb.