Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün üçüncü yarış gününün qarşılaşmaları keçiriləcək.
Editor.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq görüşlərdə Azərbaycanı üç cüdoçu təmsil edəcək.
Qadınların 57 kiloqram çəki dərəcəsində Xədicə Qədəşova yarışa təsnifat mərhələsindən başlayacaq. Onun ilk rəqibi Qırğızıstan təmsilçisi Janar Joldoşeva olacaq.
Kişilərin 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov da mübarizəyə təsnifat mərhələsindən start verəcək. Onun ilk rəqibi Kosovo təmsilçisi Akil Qyakova olacaq.
Eyni çəkidə mübarizə aparan Rəşid Məmmədəliyev isə ilk görüşünü 1/16 final mərhələsində keçirəcək. O, Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında Azərbaycan 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Millinin aktivində artıq bir qızıl medal var. Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

