İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kommunal xidmətlərlə bağlı maliyyə yardımının ödənilməsi qaydasında dəyişiklik edilib.
Editor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.
Qərarla Nazirlər Kabinetinin 2 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş qaydalara dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi növbəti il üçün maliyyə yardımının ödənilməsinə tələb olunan vəsaitlə bağlı büdcə layihəsini iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Büdcə layihəsi “Büdcə sistemi haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanacaq.

