Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva qlobal iqtisadiyyatın eyni vaxtda bir neçə ciddi problemlə üzləşdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, IMF rəhbəri enerji qiymətlərinin yüksək səviyyədə qalmasını, dövlət borclarının artmasını və süni intellekt sektoruna sürətlə yüksələn investisiyaları əsas risklər sırasında göstərib.
Xüsusilə Yaxın Şərqdəki münaqişələrin enerji təchizatına təsiri dünya iqtisadiyyatında inflyasiya təzyiqini artırır.
Georgiyevanın sözlərinə görə, süni intellekt texnologiyalarına qoyulan böyük investisiyalar uzunmüddətli perspektivdə iqtisadi artımı sürətləndirə bilər. Lakin sektorun həddindən artıq şişməsi və şirkətlərin gözlənilən gəlirləri əldə edə bilməməsi maliyyə bazarlarında əlavə risklər yarada bilər.
IMF rəhbəri hökumətləri dövlət borclarını nəzarətdə saxlamağa, enerji təhlükəsizliyini gücləndirməyə və süni intellekt sahəsində effektiv tənzimləmə mexanizmləri yaratmağa çağırıb.
//Samir Qurbanov, Editor.az

