Qara dənizdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni insident baş verib. Rusiyanın Soçi şəhəri yaxınlığında Liberiya bayrağı altında üzən neft tankerinə pilotsuz dəniz aparatının zərbə endirdiyi bildirilib.
Editor.az xəbər verir ki, The Guardian-ın məlumatına görə, hücum nəticəsində tankerdə güclü yanğın baş verib. Gəmidə olan 23 hindistanlı ekipaj üzvünün xilas edildiyi açıqlanıb. Hadisə Qara dənizdə kommersiya gəmiçiliyi üçün təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib.
The Guardian
Qara dəniz artıq yalnız hərbi əməliyyatların deyil, həm də enerji və beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyi baxımından mühüm bölgəyə çevrilib. Bu tip insidentlərin təkrarlanması regionda gəmilərin hərəkəti və sığorta xərcləri ilə bağlı əlavə risklər yarada bilər.
//Samir Qurbanov, Editor.az

