Almaniyada siyasi balans dəyişir: AfD-nin yüksəlişi yeni mübahisə yaratdıbackend

Almaniyada siyasi balans dəyişir: AfD-nin yüksəlişi yeni mübahisə yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Merz: “Ekstremizm parlamentlərə daxil olur”

Almaniyada sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalət parlamentində mühüm vəzifəyə sahib olması ölkədə siyasi mübahisələri yenidən kəskinləşdirib.

Editor.az xəbər verir ki, AfD nümayəndəsi Tobias Rausch əyalət parlamentinin prezidenti seçilib. Gizli səsvermədə onun 48 səs alması diqqət çəkib. AfD-nin parlamentdəki deputatlarının sayı bundan daha az olduğundan, onun başqa siyasi qüvvələrdən də dəstək aldığı ehtimal olunur. Lakin səsvermə gizli keçirildiyi üçün konkret deputatların necə səs verdiyini müəyyən etmək mümkün deyil.

Almaniya kansleri Fridrix Merts AfD ilə əməkdaşlığa qarşı olduğunu bildirib və partiyanın dövlət institutlarında təsirinin artmasını ciddi siyasi məsələ kimi qiymətləndirib.
Məsələ Almaniyada uzun müddətdir mövcud olan “siyasi baryer” prinsipini də gündəmə gətirib.

Əsas partiyalar AfD ilə koalisiya və siyasi əməkdaşlıqdan imtina edir.
Eyni zamanda AfD və BSW partiyaları Saksoniya-Anhalt parlamentində Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasını və Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını tələb edən təklif hazırlayırlar.

//Samir Qurbanov, Editor.az