Azərbaycan klubları 2026/27 mövsümündə avrokuboklarda qazandıqları qələbələrin sayını 14-ə çatdıraraq yeni rekorda imza atıblar. “Sabah”ın Çexiyanın “Slaviya” klubuna qalib gəlməsi həm ölkə futbolu tarixində yeni göstərici yaradıb, həm də Azərbaycanın UEFA reytinqində irəliləməsinə şərait yaradıb.
Editor.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Sabah” doğma meydanda “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib. Bu nəticə Azərbaycan təmsilçilərinin cari mövsümdə avrokuboklarda qazandığı 14-cü qələbə olub.
Beləliklə, əvvəlki rekord yenilənib. 2023/24 mövsümündə Azərbaycan klubları avrokuboklarda ümumilikdə 13 qələbə qazanmışdı.
Cari mövsümdə qələbələrin bölgüsü belədir: “Sabah” – 7, “Qarabağ” – 4, “Zirə” – 2, “Neftçi” – 1.
“Sabah”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki mövqeyinə də müsbət təsir göstərib. Ölkənin cari mövsüm üzrə əmsalı 5,625-ə, son beş mövsümün nəticələrinə əsaslanan reytinq xalı isə 24,187-yə yüksəlib.
Bu göstərici ilə Azərbaycan 24,125 xala malik İsraili geridə qoyaraq UEFA reytinqində 24-cü pilləyə yüksəlib.

