Ermənistandan Naxçıvan istiqamətində dəmir yolu ilə bağlı MÜHÜM ADDIMbackend

Ermənistandan Naxçıvan istiqamətində dəmir yolu ilə bağlı MÜHÜM ADDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan və “Rusiya Dəmir Yolları” şirkətinin rəhbəri Oleq Belozyorov İrəvanda görüş keçiriblər. Görüşdə Azərbaycan və Türkiyə sərhədlərinə uzanan dəmir yolu xətlərinin bərpası və regional nəqliyyat imkanları müzakirə olunub.

Editor.az xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər Gümrü–Axurik–Türkiyə sərhədi və Arazdəyən–Naxçıvan dəmir yolu xətlərinin ayrı-ayrı hissələrinin yenidən qurulması layihələrini nəzərdən keçiriblər.

Görüş zamanı Ermənistanın dəmir yolu şəbəkəsinin rəqabət qabiliyyətinin artırılması, beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiya və regionda yaranan yeni imkanlar barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarə etdiyi infrastrukturun inkişafı, mövcud problemlər və onların həlli yolları da müzakirə edilib.

Qeyd edək ki, Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları” şirkətinin konsessiya idarəçiliyindədir.