“Dinimiz əzizdir, amma məktəbli forması vacibdir” – Bilal Əliyevdən açıqlamabackend

“Dinimiz əzizdir, amma məktəbli forması vacibdir” – Bilal Əliyevdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələr gündəmdə qalmaqda davam edir. Mövzu ilə bağlı fikirlərini bölüşən Xalq artisti Bilal Əliyev şagirdlərin müəyyən edilmiş məktəbli formasına əməl etməli olduğunu bildirib.

Editor.az-ın Oxu.az-a istinadən məlumatına görə, müğənni məktəblərdə vahid geyim qaydalarının qorunmasını vacib hesab etdiyini deyib.

Bilal Əliyev vurğulayıb ki, hicab məsələsi bəhanə gətirilərək dövlət əmlakına zərər vurulması yolverilməzdir. O, ölkədə sabitliyin qorunmasının əhəmiyyətini qeyd edərək vətəndaşları birliyə çağırıb.

Xalq artisti dini dəyərlərə hörmətlə yanaşdığını da bildirib. Onun sözlərinə görə, dəfələrlə Həcc ziyarətində olub, lakin məktəblərdə bütün şagirdlərin vahid geyim qaydalarına riayət etməsini dəstəkləyir.

Məktəblərdə geyim qaydalarına hansı dəyişikliklər edilib?

Xatırladaq ki, Nazirlər Kabinetinin 21 sentyabr tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik olunub. Yeni tələblər müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və dünyəvi təhsil prinsiplərinə uyğun olmayan geyim elementlərinin istifadəsini məhdudlaşdırır.

Bundan əlavə, Nazirlər Kabinetinin 6 oktyabr tarixli qərarı ilə dövlət məktəblərində çalışan müəllimlərin geyimlərinə dair tələblər də təsdiqlənib.