Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçiriləcək AQEM-in VII Zirvə Görüşündə Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Editor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan tədbirdə çıxış edəcək və səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bakıda təşkil olunacaq sammitdə üzv dövlətlərin və hökumətlərin nümayəndələrinin iştirakı gözlənilir.

