Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi – Tarixlər açıqlandıbackend

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi – Tarixlər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının artması ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar səfərləri təşkil edəcək.

Editor.az-ın ADY-yə istinadən verdiyi məlumata görə, əlavə reyslər oktyabrın 17-si və 18-də həyata keçiriləcək.

Bildirilib ki, Bakı-Qazax-Bakı istiqamətində də qatarlar mövcud cədvəl əsasında hər gün fəaliyyət göstərir.

Sərnişinlər səfər biletlərini ADY-nin rəsmi internet saytı, “ADY Mobile” mobil tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

Əlavə reyslərin sərnişin tələbatının qarşılanmasına və bölgələrə səfərlərin daha rahat təşkilinə kömək edəcəyi gözlənilir.