Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ – ŞOK SƏBƏBbackend

Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ – ŞOK SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkianın ölkənin 22-ci əyalət səfəri çərçivəsində Şərqi Azərbaycana, o cümlədən Təbrizə planlaşdırılan səfəri ləğv edilib.

Pezeşkianın əvəzinə prezidentin icra işləri üzrə müavini Məhəmməd Cəfər Qaimpənah bölgəyə gedəcək.

Səfər proqramının əvvəlcədən nəzərdə tutulduğu kimi həyata keçiriləcəyi, qərar və qətnamələrin təsdiqi və elan olunması prosesində isə prezidentin videobağlantı vasitəsilə iştirak edəcəyi bildirilib.

İran prezidentinin icra aparatının nəzarət və əyalət işləri üzrə müavini Məcid Fərəhani qərarın yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmilərinin, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının mülahizələri nəzərə alınaraq verildiyini bildirib.

Musavat.com