WhatsApp bəzi telefonlarda bloklana bilər – İstifadəçilərə VACİB xəbərdarlıqbackend

WhatsApp bəzi telefonlarda bloklana bilər – İstifadəçilərə VACİB xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” köhnə əməliyyat sistemi ilə çalışan bəzi smartfonlarda istifadəçilərin hesablarına girişini məhdudlaşdıra bilər.

Editor.az xəbər verir ki, tətbiqin yeni təhlükəsizlik tələblərinə əsasən, hesabına yenidən daxil olmaq istəyən istifadəçilər cihazlarının Android və ya iOS əməliyyat sistemini ən son mövcud versiyaya yeniləməli olacaqlar.

Telefon üçün daha yeni sistem versiyasının dəstəklənmədiyi hallarda isə istifadəçinin “WhatsApp”dan istifadəni davam etdirməsi üçün yeni cihaz alması lazım gələ bilər.

Şirkətin bu addımı atmaqda əsas məqsədi köhnə əməliyyat sistemlərində mövcud ola biləcək təhlükəsizlik boşluqlarından istifadə hallarının qarşısını almaq və istifadəçi məlumatlarının qorunmasını daha da gücləndirməkdir.

Hazırda “WhatsApp” tərəfindən hansı əməliyyat sistemi versiyalarının dəqiq olaraq dəstəkdən çıxarılacağı barədə konkret siyahı açıqlanmayıb.

İstifadəçilərə telefonlarının “Parametrlər” bölməsinə daxil olaraq əməliyyat sistemi üçün yeni yeniləmənin olub-olmadığını yoxlamaq tövsiyə edilir.

Əgər cihazda mövcud olan əməliyyat sistemi artıq yenilənmirsə, gələcəkdə “WhatsApp”ın həmin telefonda istifadəsi mümkün olmaya bilər.