Bakıda kişi həyat yoldaşını öldürüb.
Editor.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1986-cı il təvəllüdlü Museyib Əhmədov şəxsi münaqişə zəminində həyat yoldaşı, 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla xəsarət yetirib.
Ağır yaralanan qadın tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Fatimə Rəhmanzadə xəstəxanada vəfat edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

