BNA-nın işdən çıxarılan şöbə müdirinə vəzifə verilib?backend

BNA-nın işdən çıxarılan şöbə müdirinə vəzifə verilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilən şöbə müdiri Hikmət Babayevə, quruma məxsus “BakuBus” MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Report-a açıqlamasında deyib ki, bu xəbərlər həqiqətə uyğun deyil.

“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, – deyə o qeyd edib.