“Qarabağ”ın məşqçisi cəzalandırıldı, klubun mövqeyi bəlli oldubackend

“Qarabağ”ın məşqçisi cəzalandırıldı, klubun mövqeyi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu əvəzedici komandanın məşqçisi Muarem Zekirə verilən 4 oyunluq cəza ilə bağlı mövqeyini açıqlayıb.

Editor.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, klub qərardan Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.

Klub nümayəndələrinin sözlərinə görə, məşqçilərlə məsələ ətrafında söhbət aparılıb. Onlar hadisə zamanı hakimin təhqir edilmədiyini, sözlərinin hakimlər tərəfindən fərqli qəbul olunduğunu bildiriblər. Buna baxmayaraq, “Qarabağ” cəzaya etiraz etməmək qərarına gəlib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Muarem Zekiri “Zirə-2” ilə qarşılaşmanın 68-ci dəqiqəsində hakimi təhqir etdiyi iddiası ilə 4 oyunluq cəzalandırıb. “Qarabağ” klubu isə 1000 manat cərimələnib.