Türkiyədə gəmi qəzasında itkinlərdən daha birinin meyiti tapıldıbackend

Türkiyədə gəmi qəzasında itkinlərdən daha birinin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Girnə sahillərində batan gəmi ilə bağlı daha bir meyit tapıldı.

Editor.az Azxeber.com-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Baş nazirliyi Girnə sahillərində avqustun 30-da baş verən gəmi qəzası ilə bağlı axtarışların davam etdirildiyini açıqlayıb.

Məlumata görə, dənizin dibində aparılan axtarışlar zamanı daha bir şəxsin meyiti aşkarlanıb. Meyitin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza və digər prosedurlara başlanılıb.

Qeyd edək ki, bundan əvvəl də gəmi qəzası ilə bağlı bir meyit tapılmışdı. Bazar ertəsi aşkarlanan meyitin DNT analizləri başa çatıb və onun Orhan Bekretə məxsus olduğu müəyyənləşdirilib.

Hazırda hadisə zamanı itkin düşən daha iki nəfərin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.