Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib.
Editor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayına aid pensiya ödənişləri tam şəkildə həyata keçirilib.
Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə pensiyaların ödənilməsi prosesi yekunlaşdırılıb.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan pensiyaçıların oktyabr ayı üzrə pensiya ödənişləri tamamlanıb.

