Kiyevə gecə hücumu: Ölənlərin sayı 11-ə çatdıbackend

Kiyevə gecə hücumu: Ölənlərin sayı 11-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın oktyabrın 6-dan 7-nə keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Editor.az xəbər verir ki, məlumata görə, hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlığından bir neçə saat sonra baş verib.

“The Kyiv Independent” yerli mənbələrə istinadən yazıb ki, gecə saat 03:15 radələrində Kiyevdə bir neçə güclü partlayış səsi eşidilib. Şəhərin müxtəlif ərazilərində zərbələr qeydə alınıb.

Kiyev meri Vitali Kliçkonun və şəhər administrasiyasının məlumatına əsasən, Darnitski rayonunda iki nəfər həyatını itirib. Podilski rayonunda isə qeyri-yaşayış obyektinə zərbə endirilməsi nəticəsində yanğın baş verib.

Xarkov vilayətinin rəhbəri Oleq Snequbov da şəhərə endirilən zərbələr nəticəsində iki nəfərin yaralandığını açıqlayıb.

Qara dənizdə iki gəmiyə hücum edilib

Oktyabrın 6-da Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında iki mülki gəminin hücuma məruz qaldığı bildirilib. Hadisə zamanı gəmilərdən biri batıb, digərinə isə ciddi ziyan dəyib.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumun Rusiya tərəfindən həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Bolqarıstan Hərbi Dəniz Qüvvələri ilə birgə aparılan araşdırma nəticəsində bu qənaətə gəlinib.

Bununla belə, “Reuters” Bolqarıstanın Baş naziri Rumen Radevin dronların hansı ölkədən buraxıldığının hələ dəqiq müəyyənləşdirilmədiyini söylədiyini yazıb.

Dəniz təhlükəsizliyi üzrə mənbə isə ilkin qiymətləndirməyə əsasən hücumun Rusiya tərəfindən həyata keçirilməsinin daha ehtimallı olduğunu bildirib.

Qeyd olunur ki, Qara dənizdəki hadisə Ukraynanın oktyabrın 6-da Moskva və ətraf ərazilərə endirdiyi zərbələrdən sonra baş verib. Həmin hücum nəticəsində iki nəfərin öldüyü və iri yanacaq obyektində yanğın baş verdiyi bildirilir.