Dehlidə bina çökdü – Dağıntılar altında insanlar qalıbbackend

Dehlidə bina çökdü – Dağıntılar altında insanlar qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dehlidə çoxmərtəbəli bina çökdü.

Editor.az “Hindistan Times” qəzetinə istinadən xəbər verir ki, Hindistanın paytaxtı Dehlidə çoxmərtəbəli yaşayış binasının çökməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Məlumata görə, hadisədən sonra dağıntılar altında insanların qalması ehtimalı var. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Əməliyyata Yanğından Mühafizə Xidmətinin və Milli Fəlakətlərə Cavabdeh Qüvvələrin əməkdaşları cəlb olunub. Dağıntılar altından çıxarılan yaralılar tibbi yardım üçün xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara əsasən, çökən binanın təxminən 50 il əvvəl inşa edildiyi bildirilir.